Çin və Braziliya ticarət və maliyyə əməliyyatlarında ABŞ dollarından imtina ediblər
Ucnoqta.az xəbər verir ki, bu barədə Braziliya hökumətinin nümayəndəsi bildirib. Belə ki, ABŞ dollarının əvəzinə birbaşa öz ölkələrinin valyutaları ilə aparılması, yuan və realın dəyişdirilməsi ilə bağlı razılığa gəliblər.
Bildirilir ki, bu, xərcləri azaldacaq və daha da böyük ikitərəfli ticarəti təşviq edəcək və investisiyaları asanlaşdıracaq.
2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150,5 milyard dollara çatıb.