Brent markalı neftin qiyməti 72 dollardan aşağı düşüb
Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, Londonun ICE birjasında Brent markalı neftin sentyabr fyuçers müqaviləsinin qiyməti 13 iyun 2023-cü ildən bəri ilk dəfə bir barel üçün 72 dollardan aşağı düşüb.
Eyni zamanda, WTI markalı neftin avqust fyuçersləri 1,41% ucuzlaşaraq bir barel üçün 67,21 dollar olub.