Türkiyədə dollar yenidən bahalaşmağa başlayıb.
Ucnoqta.az xəbər verir ki, Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı qərarından sonra dolların məzənnəsi 24,31 lirəyə qədər yüksəlib, lirə 3 faizdən çox ucuzlaşıb.
İyunun 22-də Türkiyə Mərkəzi Bankı əsas uçot dərəcəsini 8,5%-dən 15%-ə qaldırıb. Bu, Türkiyə tənzimləyicisinin dərəcəsi 17%-dən 19%-ə qaldırdığı 2021-ci ilin martından bəri ilk artım idi.