İran Ermənistanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı planlaşdırır
Ucnoqta.az xəbər verir ki, İranın Zəncan vilayətinin iqtisadi iclasında İranın Ermənistana yeni təyin olunmuş səfiri Mehdi Sobhani qonşu ölkələrlə əlaqələrin genişləndirilməsinin İran hökumətinin mühüm xarici siyasət yanaşmalarından biri olduğunu deyib.
Zəncan vilayətinin iqtisadi imkanlarının əhəmiyyətini qeyd edən Sobhani bu imkanların Ermənistanla ticarət əlaqələrini gücləndirə biləcəyini vurğulayıb.
O, İranın Ermənistanla ticarət dövriyyəsinin 700 milyon dolları keçdiyini vurğulayıb və əlavə edib ki, İranın məqsədi Ermənistanla ticarətin həcmini 3 milyard dollara çatdırmaqdır.