Səudiyyə Ərəbistanı Çin şirkəti ilə 5,6 milyard dollarlıq müqavilə imzalayıb

11:42 - 12 İyun 2023 - İQTİSADİYYAT

Səudiyyə Ərəbistanı Çin şirkəti ilə 5,6 milyard dollarlıq müqavilə imzalayıb

Ucnoqta.az Reuters-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyi Çinin elektrik avtomobil istehsalçısı Human Horizons ilə nəqliyyat vasitələrinin inkişafı, istehsalı və satışı üzrə əməkdaşlıq etmək üçün 5,6 milyard dollarlıq müqavilə imzalayıb.

Müqavilə bazar günü Ər-Riyadda keçirilən Ərəb-Çin biznes konfransının ilk günündə texnologiya, bərpa olunan enerji, kənd təsərrüfatı, daşınmaz əmlak, metallar, turizm və səhiyyə sahələrində imzalanan 10 milyard dollardan çox investisiyanın yarısından çoxunu təşkil edir. 

Xəbər xətti