Misirdə rus turisti parçalayan köpək balığı tutulub

21:19 - 8 İyun 2023 - DÜNYA

Misirin Hurqada şəhərində Rusiya vətəndaşına hücum edən köpək balığı tutulub.

Ucnoqta.az xəbər verir ki, tutulan köpək balığının görüntülərini TrendNews24 Twitter hesabı dərc edib.

Köpəkbalığı əvvəlcə 23 yaşlı rusiyalı Vladimir Popovun ayağını dişləyib, sonra isə gənci suyun altında aparıb. Qeyd olunur ki, yırtıcı suda qoruyucu torların olmaması səbəbindən insanlara yaxınlaşa bilib.

Agentlik bildirir ki, rusiyalıya hücum edən köpək balığı tutulub.

Xəbər xətti