İtaliyanın baş naziri Tunisə səfər edəcək

19:15 - 8 İyun 2023 - DÜNYA

İtaliyanın baş naziri Tunisə səfər edəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Corc Meloni deyib. O, ölkəyə yardımı müzakirə etmək üçün Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen və Niderlandın baş naziri Mark Ruttenin müşayiəti ilə iyunun 11-də yenidən Tunisə gedəcək.

Meloni bu səfərin Beynəlxalq Valyuta Fondu ilə Tunisə kredit verilməsinə dair sazişin bağlanmasına töhfə verə biləcəyinə diqqət çəkib. Meloni həmçinin qeyd edib ki, İtaliya üçün Tunisdə sabitlik prioritetdir, çünki qeyri-sabitlik bütün regionu problemlərlə təhdid edir. Baş nazir bildirib ki, son aylarda İtaliyaya miqrasiya axını xeyli artıb. Dəniz yolu ilə gələn miqrantların əksəriyyəti Tunisdəndir.

Xəbər xətti