Medvedev Avropa və ABŞ-ı hipersəs zərbələri ilə hədələyib

16:59 - 8 İyun 2023 - DÜNYA

NATO qoşunlarını Ukraynaya göndərərkən Avropa və ABŞ hipersəs zərbələri ilə üzləşəcək

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Teleqram kanalında yazıb. O, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmusseni Alyansa üzv olan bəzi ölkələrin Kiyevə kömək üçün öz nizami ordusunu göndərə biləcəyini söylədikdən sonra onu “çox ağıllı adam” adlandırıb.

“Yaxşı, bu ölkələrin əhalisini soruşdunuzmu? Onlardan hansı Rusiya ilə müharibə istəyir? Avropaya hipersonik zərbələr istəyirsən, elə deyilmi? Bəs Sem dayı bu barədə nə düşünür? Axı bu, ona da təsir edəcək”, – TŞ sədr müavini qeyd edib.

İyunun 8-də NATO-nun keçmiş baş katibi Rasmussen bildirib ki, alyansın qoşunları Ukrayna münaqişəsində birbaşa iştirak edə bilər. Onun sözlərinə görə, alyansın Vilnüsdə keçiriləcək sammitində ölkəyə təhlükəsizlik zəmanəti verilməsə, bir qrup NATO ölkəsi Ukraynaya qoşun yeritmək istəyə bilər.

Xəbər xətti