Messinin "İnter Mayami"də hansı nömrə ilə çıxış edəcəyi məlum olub

15:08 - 8 İyun 2023 - İDMAN

Messinin "İnter Mayami"də hansı nömrə ilə çıxış edəcəyi məlum olub

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu Lionel Messi Amerikanın "İnter Mayami" futbol klubunda onuncu nömrə altında çıxış edəcək.

Hücumçu karyerasının böyük hissəsini “Barselona”da eyni nömrə altında oynayıb. Fransanın "PSJ" klubuna keçdikdən sonra ilk onluğu braziliyalı hücumçu Neymar tutduğu üçün nömrəsini 30-a dəyişməli olub.

Xoşbəxt bir təsadüf nəticəsində onuncu nömrə "İnter Mayami"də boş olub və klub rəhbərliyi onu Messi üçün saxlamışdı.

Xəbər xətti