"Velosipedçilər də cərimələnsin" - Deputat

14:23 - 8 İyun 2023 - Cəmiyyət

“Moped sürücüləri yol nişanlarına məhəl qoymayaraq təhlükəli manevrlər edirlər. Təəssüf ki, bəzi hallarda bu hərəkətlər yol qəzaları ilə nəticələnir".

Ucnoqta.az Pravda-ya istinadla xəbər verir ki, bunu Milli Məclis üzvü Emin Hacıyev deyib.

Onun sözlərinə görə, müşahidələr göstərir ki, bir çox moped istifadəçiləri dəbilqədən istifadə etmir, yol hərəkəti qaydalarını pozurlar: “Moped sürücüləri yol nişanlarına məhəl qoymayaraq təhlükəli manevrlər edirlər. Təəssüf ki, bəzi hallarda bu hərəkətlər yol qəzaları ilə nəticələnir. Hesab edirəm ki, bununla bağlı Milli Məclisin plenar iclasında da qeyd etdiyim kimi, mopedlərə dövlət qeydiyyat nişanı tələbi qoyulmalıdır.

Bu sahədə yeni tənzimləmələrə ehtiyac var. Bildiyimiz kimi, piyadalar da yol-keçid qaydalarını pozan zaman onlara müəyyən cərimə tətbiq olunur. Düşünürəm ki, moped, velosiped və skuter istifadəçiləri hərəkət zamanı yol hərəkəti iştirakçılarına təhlükə törədərlərsə, bu zaman onlara müvafiq cərimə tətbiq olunmalıdır. Bildiyimiz kimi, velosipedlərə dövlət qeydiyyat nişanı tətbiq edilmir. Lakin velosipedi idarə edən şəxs yolda hərəkət zamanı işıqforun siqnalına riayət etmirsə, yaxud yol hərəkəti nişanlarına məhəl qoymursa, o, digər hərəkət iştirakçıları üçün təhlükə yaradır. Beləliklə, buna uyğun cərimələrin tətbiqini də zəruri hesab edirəm”.

Xəbər xətti