Putin Lukaşenko ilə görüşəcək

14:09 - 8 İyun 2023 - DÜNYA

Rusiya və Belarus prezidentləri görüşəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 9-da Rusiyada görüşəcək.

Bundan əvvəl belə bir görüşün keçiriləcəyini Lukaşenkonun özü elan etmişdi.

"Sabah olacaq. Təfərrüatlar barədə sizə məlumat verəcəyik", - Kreml sözçüsü danışıqların tarixinin müəyyən edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən deyib. Peskov görüşün Rusiya Federasiyası ərazisində baş tutacağını təsdiqləyib.

Xəbər xətti