"Biologiya” və “Fizika” yuxarı siniflərdə də tədris olunmayacaq?

13:52 - 8 İyun 2023 - Cəmiyyət

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, növbəti tədris ilindən 6-cı sinif şagirdlərinə “Təbiət” fənni tədris ediləcək. “Biologiya” və “Fizika” fənləri isə həmin siniflərin tədris proqramından çıxarılacaq.

Nazirliyin bu qərarı birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkələrdə bəzi istifadəçilər bunun doğru qərar olmadığını bildiriblər.

Bəs, ekspertlər bu barədə nə düşünür? Bu qərar hansı zərurətdən verilib?

Ucnoqta,az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Bakupost.az -a açıqlamasında bildirib ki, bu dəyişiklik şagirdlərin dərs yükünü müəyyən qədər azalacaq:

"Onlar dərslərini daha rahat hazırlaya, universitetə hazırlaşa bilərlər. Bu qərarla proqramın da həcmi bir qədər kiçiləcək. Həmin şagirdlərin 9-11-ci siniflərdə buraxılış və blok imtahanları da bu sistemə uyğun qurulacaq”.

Ekspertin sözlərinə görə, söhbət heç də həmin fənlərin tədris olunmayacağından getmir:

"Sadəcə olaraq, “Biologiya” və “Fizika” bir fəndə birləşdirilib. Bu pilot layihə növbəti illərdə özünü doğrultsa, “Biologiya” və “Fizika” fənləri yuxarı siniflərdə də ayrı-ayrılıqda keçirilməyəcək. Yeni sistemə uyğun olaraq, “Təbiət” fənni daxilində tədris olunacaq”.

Xəbər xətti