Gəncədə avtomobil qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

21:55 - 7 İyun 2023 - HADİSƏ

Gəncə şəhərində avtomobil qəzası nəticəsində ağır xəsarət alan şəxs bir gün sonra xəstəxanada dünyasını dəyişib.

"Report"un məlumatına görə, şəhər ərazisində yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan, 1984-cü il təvəllüdlü Vahid Salahov bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, avtomobil qəzasında daha bir nəfər, 1975-ci il təvəllüdlü Bayram Bağırov da xəsarət alıb. Onun müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti