"Türkiyədə lirənin kəskin dəyər itirməsi gözlənilən idi" - Ekspert

14:12 - 7 İyun 2023 - İQTİSADİYYAT

Türkiyədə lirənin kəskin dəyər itirməsinə panik reaksiya yoxdur, çünki seçkidən sonra bazarın gözləntiləri bu yöndə idi.

Ucnoqta.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, yerli müstəqil iqtisadi araşdırma mərkəzləri 28-30 lirədəyə ucuzlaşmanı real sayır:

"Valyuta-kapital axınları üzərində sərt nəzarətin tədricən yumşaldılması, Mərkəzi Bankın arxa qapısından bazara müdaxiləsinin sonlandırılması siqnanlnın verildiyi şəraitdə zorla tutulan və real bazar dəyərinin altında qalan milli valyutanın ucuzlaşması qaçılmaz idi.

Amma indi əsas sual budur ki, "yeni ekonomi çöküş" modelindən imtina əsas problemi həll edəcəkmi?"

Ekspert qeyd edir ki, ssas problem ölkənin valyuta ehtiyacının qarşılanmasıdır:

"Ölkə idxalını və borclarını qarşılamaq üçün öz imkanları hesabına qazana bilmədiyi valyuta açığını kənardan gələn pullar hesabına qapatmalıdır. Cari hesabın defisitinin tarixi səviyyələrə çatması ölkənin valyuta qıtlığının real miqyasını göstərir. Bunun üzərinə maliyyə hesabı çərçivəsində ölkədən xalis kapital çıxışının son 2 ildə böyüyən iri həcmini də gəlin.

Kənardan gələn para ya sərmayə, ya borc şəklində ölkənin valyuta bazarında tələb-təklif tarazlığı yaradacaq səviyyədə olmalı, davamlı xarakter daşımalıdır.

Aparılan siyasətin, yeni-köhnə hökumətin vəd və davranışlarının xarici sərmayədarlara, borcverənlərə nə qədər güvən sağlayacağını yaxın aylarda görmək mümkün olacaq.

Türkiyə Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşı, xaricdə ən böyük sərmayə yatırımımız olan ölkədir. Bu baxımdan ölkənin iqtisadi durumu bizim üçün həyati əhəmiyyət daşıyır".

Xəbər xətti