ABŞ-da "Telegram"-ın işində nasazlıq yaranıb

20:49 - 6 İyun 2023 - DÜNYA

ABŞ-da çərşənbə axşamı Telegram messencerinin işində nasazlıqlar müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Downdetector xidməti məlumat yayıb.

Məlumata görə, problemlə bağlı müraciət edənlərin 73%-i xidmətə qoşulmada çətinlik çəkdiyini, 24%-i tətbiqin işləməsindən şikayətlənib, 4%-i isə hesablarına daxil ola bilməyib.

Bundan əlavə, Meksika və Kanadada Telegram-da nasazlıqlar qeydə alınıb.

Xəbər xətti