ABŞ Çindən olan bir neçə şirkət və fiziki şəxsi İrana qarşı sanksiyalar siyahısına daxil edib

19:38 - 6 İyun 2023 - DÜNYA

ABŞ Maliyyə Nazirliyi 7 fiziki şəxs və 6 şirkəti, o cümlədən Çindən olan şirkətləri İrana qarşı sanksiyalar siyahısına daxil edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə nazirliyi açıqlama yayıb.

"Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İran, Çin və Honq-Konqda 7 fiziki şəxs və 6 şirkətdən ibarət şəbəkəyə İranın ballistik raket proqramı ilə bağlı sanksiya tətbiq edib" - açıqlamada deyilir.

Xəbər xətti