71 yaşlı təqaüdçü lotereyada 476 milyon dollar udub

17:27 - 6 İyun 2023 - MARAQLI

Nyu-Yorkdan olan təqaüdçü 476 milyon dollarlıq rekord cekpot qazanıb

Ucnoqta.az xəbər verir ki, bu barədə NY Post məlumat yayıb. Məlumata görə, Nyu Yorklu təqaüdçü 476 milyon dollarlıq cekpot qazandı ki, bu da lotereyanın 2002-ci ildə istifadəyə verilməsindən bəri ən böyük uduşdur.

Kvinsdən olan 71 yaşlı Conni Taylor şanslı biletini tez-tez lotereya biletləri aldığı Ozone Parkdakı Liberty Beer and Convenience mağazasından aldığını deyib.

Uğurlu bileti kişiyə satan mağaza da 10.000 dollar bonus alacaq.

Xəbər xətti