May ayında Türkiyədə inflyasiya illik 39,59 faizə düşüb
Ucnoqta.az xəbər verir ki, bu da aprel (43,68 faiz) və mart (50,5 faiz) aylarına nisbətən azdır.
Türkiyə Mərkəzi Bankının proqnozuna görə, ilin sonuna qədər inflyasiya 22,3 faizə düşəcək. Öz növbəsində, prezident Rəcəb Tayyib Ərdoğanın iqtisadi siyasətlərinə qarşı çıxan elm adamları və iqtisadçıların yaratdığı Müstəqil İnflyasiya Analizi Qrupu (ENAG) qiymətlərin 109 faiz artdığını bildirib.