OPEC+ ölkələri 2024-cü il üçün hasilatın səviyyəsi ilə bağlı razılığa gəliblər

21:37 - 4 İyun 2023 - İQTİSADİYYAT

OPEC+ ölkələri 2024-cü il üçün neft hasilatının səviyyəsini sutkada 40,46 milyon barel səviyyəsində razılaşdırıblar.

Ucnoqta.az xəbər verir ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən neft hasilatını bir ay ərzində sutkada 1 milyon barel azaldacaq.
Bildirilir ki, OPEC-ə üzv ölkələr və qeyri-OPEC ölkələri üçün ümumi xam neft hasilatının səviyyəsi 2024-cü il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək sutkada 40,46 milyon barelə çatdırılsın.

OPEC+ ölkələri hasilatı sutkada 1,393 milyon barel azaldacaq.
OPEC+ nazirlərinin növbəti görüşü noyabrın 26-da Vyanada keçiriləcək.

Xəbər xətti