İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı Enerji Həftəsində iştirak etmək üçün ölkəmizdə səfərdə olan bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşündə ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli enerji layihələri, “yaşıl” enerji ilə əlaqədar görülən işlər və yeni əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşdə iqtisadiyyat naziri bp ilə səmərəli əməkdaşlığın önəmini vurğulayıb. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşan beynəlxalq əhəmiyyətli enerji layihələri və “yaşıl” enerji növlərinə keçidlə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib, əməkdaşlığın inkişaf etdirilməsi imkanları qeyd olunub.
bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel təmsil etdiyi şirkətin dünya və regiondakı biznes proseslərində iştirakı, həmçinin, Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə danışıb.
Tərəflər ölkəmizin təşəbbüskarı olduğu mühüm enerji layihələri, bərpaolunan enerji potensialı, bu sahədə görülən işlər və yeni əməkdaşlıq perspektivərini müzakirə ediblər.