İranın Azərbaycanda daha bir ofisi bağlandı

15:07 - 2 İyun 2023 - Xəbər

İranın Bakıdakı mədəniyyət müşaviri ofisi bağlanıb. 

Bu barədə “IRNA” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, İran öz qonşuları ilə problemləri dialoq yolu ilə həll etmək istəyir: “Bakıda İran İslam Respublikasına məxsus bir çox mülklər var. Hökumətə məxsus mülklər üçün atılan son addımlar Azərbaycan tərəfinin tələsik qərarıdır. Bu da təbii ki, dialoq vasitəsilə həll oluna bilər”.

Məlumata görə, İranın Bakıdakı səfirliyinin mədəniyyət müşaviri arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarıldıqdan sonra İran bu postu ləğv etmək qərarına gəlib. ///qafqazinfo

Xəbər xətti