Şəmkirdə ata-oğul küçədə döyülüblər

13:55 - 2 İyun 2023 - HADİSƏ

Şəmkirdə ata-oğul küçədə döyülüblər.

“Report”un məlumatına görə, hadisə rayonun “Üç yol” adlanan ərazisində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakinləri - 1977-ci il təvəllüdlü Ə.Qasımov və onun oğlu, 1999-cu il təvəllüdlü A.Qasımov mübahisə zəminində döyülərək müxtəlif bədən xəsarətləri alıblar.

Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.

Onların kim tərəfindən döyülməsi və mübahisənin başvermə səbəbləri araşdırılır.

Xəbər xətti