Türkiyə-Azərbaycan oyununun vaxtı açıqlanıb

13:07 - 2 İyun 2023 - İDMAN

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyənin müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyin oyunun məkanı və başlama vaxtı müəyyənləşib.

Ucnoqta.az-ın Apasport.az saytına istinadən məlumatına görə, iyunun 17-də baş tutacaq qarşılaşma İstanbulda keçiriləcək.

Türkiyə - Azərbaycan matçı “Esenyurt Necmi Kadıoğlu” stadionunda təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, U-21 iki gün sonra – iyunun 20-də isə “Dalğa Arena”da, saat 19:30-da Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Xəbər xətti