“Laçına növbəti köçlə bağlı hazırlıq işləri gedir” - Rövşən Rzayev

11:26 - 2 İyun 2023 - ÖLKƏ İÇİ

“Laçına növbəti köçlə bağlı hazırlıq işləri gedir”.

“Report” xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

O söyləyib ki, ölkə rəhbərliyi tərəfindən bununla bağlı tapşırıq verilən kimi dərhal icra olunacaq.

Laçının Sus və Zabux kəndlərində aparılan tikinti-yenidənqurma işlərindən danışan R.Rzayev vurğulayıb ki, hazırda işlər sürətlə davam etdirilir: “Həmin kəndlərə qayıdışla bağlı tapşırıqların avqust ayında icra olunması planlaşdırılır”.

Qeyd edək ki, birinci mərhələdə Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülüb. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib.

Xəbər xətti