Kiyevə kütləvi hava zərbəsi endirilib

11:14 - 2 İyun 2023 - DÜNYA

İyunun 2-nə keçən gecə Rusiya ordusu qanadlı raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə Kiyevə kütləvi hava zərbəsi endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “RV” Telegram-kanalı məlumat yayıb.

“Ukraynanın paytaxtında hədəflər eyni vaxtda kamikadze pilotsuz uçan aparatlar və qanadlı raketlərlə hücuma məruz qalıb”, - məlumatda deyilir.

Zərbənin X-101/555 raketləri və "Geran-2" pilotsuz uçan aparatları ilə həyata keçirildiyi bildirilir.

İyunun 2-nə keçən gecə Kiyevin meri Vitali Kliçko Ukraynanın paytaxtında partlayışlar baş verdiyini açıqlayıb. 

Xəbər xətti