"Meta" işçiləri həftədə üç gün ofisdən işləyəcəklər

10:47 - 2 İyun 2023 - DÜNYA

Sentyabr ayından etibarən "Meta" işçilərdən həftədə üç gün ofisə gəlmələrini və qalan vaxtlarda evdən işləmələrini xahiş edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, "Meta" rəhbərliyinin yeni təşəbbüsü şirkətin səmərəliliyinin artırılması planının bir hissəsi olacaq.

Şirkət rəhbərliyi uzun müddətdir ki, belə bir yeniliyi müzakirə edir. Mart ayında ABŞ-ın CEO-su Mark Zukerberq demişdi ki, "Meta" daxilində aparılan araşdırma “mühəndislər karyeralarının əvvəlində orta hesabla həftədə ən azı üç dəfə həmkarları ilə üz-üzə işlədikdə daha yaxşı performans göstərirlər”.

Xəbər xətti