Bakıda parkda bıçaqlanma olub

10:22 - 2 İyun 2023 - HADİSƏ

Mayın 31-də Sabunçu qəsəbə sakini Yusif Novruzovun xəsarət alması barədə polisə məlumat daxil olub.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün saat 21 radələrində qəsəbə ərazisində yerləşən parkda Qəbələ rayon sakini Əli Rəsulovun münaqişə zəminində Y.Novruzova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Ə.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti