Faktiki hava açıqlanıb

19:00 - 1 İyun 2023 - Cəmiyyət

İyunun 1-i saat 18:00-a olan məlumata əsasən, Naxçıvan, Ordubad, Daşkəsən, Göygöl, Gədəbəy, Füzuli, Laçın, Ağdam, Zəngilan, Şəki, Quba, Lerik, Yardımlı, Lənkəran, Oğuz, Astarada şimşək çaxıb, arabir leysan xaraketrli yağış yağıb.

Bu barədə Ucnoqta.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Daşkəsən rayonu ərazisinə saat 16:35 radələrində diametri 9 mm, Zəngilan rayonun dağlıq ərazilərinə diametri 5-6 mm, saat 17:35 adələrində Oğuz rayonun Baş Daşağıl kəndinə leysan yağışla birlikdə diamteri 25-30 mm, Laçın rayonun Qorçu kəndinə dolu düşüb.

Şərq küləyi Salyanda arabir 20m/san-dək güclənib.

Xəbər xətti