Salyanda 45 yaşlı qadın özünü Kür çayına ataraq intihar edib

00:02 - 1 İyun 2023 - HADİSƏ

Salyanda 45 yaşlı qadın intihar edib.

APA-nın məlumatına görə, Salyan şəhər sakini, 1978-ci il təvəllüdlü Zeynalova Pərvanə Rüstəm qızı özünü Kür çayına ataraq intihar edib.

Onun meyiti çaydan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti