İsmayıllı-Lahıc yolu da bağlandı

23:00 - 31 May 2023 - ÖLKƏ İÇİ

Bu gün axşam saatlarında başlayan külək və yağış İsmayıllı rayonunda da fəsadlar törədib.

Ucnoqta.az Azərtac-a istinadən xəbər verir ki, sel suları nəticəsində, dağlardan qopan qaya parçaları və lil qatı İsmayıllı-Lahıc avtomobil yolunu tamam bağlayıb.

Bundan əlavə, rayonun elektrik və qaz təchizatına zərər dəyib. Hazırda rayonun bir çox ərazilərində elektrik enerjisinin verilişi dayanıb. Fərdi evlərə, məktəblərə, taxil və bostan sahələrinə zərər dəyib.
Hazır rayon fövqəladə hallar komissiyası tərəfindən ərazidə fəsadların aradan qaldırılması üçün işlər görülür.

Xəbər xətti