Güclü yağış və külək Ucarda bir sıra fəsadlar törədib

20:30 - 31 May 2023 - ÖLKƏ İÇİ

Güclü yağış və külək Ucar rayonunda bir sıra fəsadlar törədib.

Bu barədə “Report”a rayon sakinləri xəbər veriblər.

Məlumata görə, güclü külək Ucar şəhəri, Heydər Əliyev prospekti 133 ünvanında yaşayış binasının damını uçurub. Nəticədə yağış suları mənzillərə axıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Güclü külək habelə bəzi ərazilərdə ağacların budaqlarını qırıb, rayonun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Xəbər xətti