Göyçayda qadının üzərinə ağac aşıb

19:09 - 31 May 2023 - HADİSƏ

Göyçayda qadının üzərinə ağac aşıb.

APA xəbər verir ki, ilkin məlumatlara əsasən hadisə rayonun Mırtı kəndində qeydə alınıb. Hadisə nəticəsində kənd sakini Aygül Əliyeva xəsarət alıb. Hazırda Göyçay təcili tibbi yardım xidmətinin əməkdaşları ərazidədir. Hadisənin hansı səbəbdən və necə baş verdiyini hələlik məlum deyil.

Xəbər xətti