ICE birjasında Brent markalı neft mayın 4-dən bəri ilk dəfə bir barel üçün 72 dollara düşüb
Ucnoqta.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin avqust fyuçers müqaviləsinin qiyməti 2023-cü il mayın 4-dən bəri ilk dəfə bir barel üçün 72 dollara düşüb.
Eyni zamanda, WTI markalı xam neftin iyul çatdırılması üzrə fyuçersləri 0,01% azalaraq 69,24 dollar/barelə bərabər olub.