Deputat 65 yaşına çatmış müəllimlərlə müqavilələrin artırılmasının əleyhinədir

13:01 - 31 May 2023 - Cəmiyyət

"65 yaşına çatmış müəllimlərin müqavilələrinin 1 il-1 il artırılması subyektiv amilləri ortaya çıxarır".

APA xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, qanunda bu məsələ konkret əksini tapmalıdır.

"65 və ya 75 yaşda iş fəaliyyəti bitməlidirsə, bitməlidir. Yoxsa, kimlərsə tanışlarının müqavilələrini artıra bilir. Biz bu halları çox müşahidə etmişik. Müəllimi alçaldan proseslərdən azad olmalıyıq. Müəllimin hörmətini aşağı salmaq olmaz", - deyə millət vəkili qeyd edib.

Xəbər xətti