Ərdoğan Türkiyədə Putin və Zelenski ilə görüşəcək

12:37 - 31 May 2023 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminin sonunda Rusiya Federasiyası və Ukraynanın prezidentləri Vladimir Putin və Volodimir Zelenski respublikaya gələcəklər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzetinin müxbiri Hande Fırat CNN Türk telekanalının efirindəki mənbələrə istinadən məlumat verib.

Jurnalistin sözlərinə görə, andiçmə mərasiminə çoxlu sayda xarici lider gələcək və prezident Putin “ayrıca və özəl səfər” edəcək, bundan sonra Zelenski Türkiyəyə gələcək. Fırat əmin edib ki, bu görüşlər zamanı Ukrayna münaqişəsi və taxıl dəhlizi müzakirə olunacaq.

Xəbər xətti