Çin qırıcısı ABŞ kəşfiyyat təyyarəsinə qarşı kəskin manevr edib

10:53 - 31 May 2023 - DÜNYA

Çin qırıcı təyyarəsi Amerikanın RC-135 kəşfiyyat təyyarəsinə qarşı aqressiv manevr edib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığı məlumat yayıb.

Hadisə mayın 26-da baş verib, lakin bu barədə yalnız indi məlum olub. "Çin Xalq Respublikasının (ÇXR) J-16 qırıcı təyyarəsinin pilotu ABŞ hərbi RC-135 təyyarəsini ələ keçirərkən əsassız aqressiv manevr edib", - hərbçi bildirib.

Çinli pilot RC-135-in burnunun düz qarşısından uçaraq Amerika təyyarəsini turbulentlikdən keçirməyə məcbur etdi.

ABŞ ordusu əlavə edib ki, ABŞ təyyarəsi Cənubi Çin dənizi üzərində "müntəzəm təhlükəsiz əməliyyatlar" həyata keçirir.

Komandanlıq Hind-Sakit okean regionunda yerləşən bütün ölkələrin beynəlxalq hava məkanından təhlükəsiz və beynəlxalq hüquq normalarına uyğun istifadə edəcəyinə ümid etdiyini bildirib.

Xəbər xətti