Azərbaycanlı müğənni bahalı avtomobili ilə qəzaya düşdü - FOTO

10:51 - 31 May 2023 - HADİSƏ

Müğənni Tuncay Bərdəli avtomobil qəzası keçirib.

Ucnoqta.az Baku.ws-ə istinadən xəbər verir ki, sənətçinin qara rəngli "Galendewagen" markalı bahalı avtomobili qarşıdan gələn başqa bir nəqliyyat vasitəsi ilə toqquşub.

Yaşadığı qəza ilə bağlı açıqlama verən müğənni səhhətində heç bir problem olmadığını bildirib:

"Hazırda özümü yaxşı hiss edirəm. İnsanın başına iş gələr. Cana gələn, mala gəlsin. Dünya malı dünyada qalır. O maşından da yaxşısını almaq olar. Təki sağlamlığımıza bir şey olmasın".


Xəbər xətti