Rus Dram Teatrının heyətini daşıyan avtobus Şəkidə qəzaya düşdü

18:35 - 30 May 2023 - HADİSƏ

Şəkidə yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-ya bildirib ki, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobusun sürücüsü bu gün səhər saat 10 radələrində Şəki şəhəri B.Vahabzadə küçəsində manevretmə qaydasını pozduğu üçün avtonəqliyyat vasitəsi ağaca dəyib. Nəticədə avtobusun 2 yan şüşəsi sınıb.

Qeyd edilib ki, hadisə baş verən zaman avtobusda sərnişin olmayıb və sürücü də xəsarət almayıb.

Xəbər xətti