Gəncə Birləşmiş Xəstəxanasının Təcili yardım şöbəsinə müdir təyin olunub

17:28 - 30 May 2023 - Xəbər

Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yeni müdir təyin edilib.

APA-nın məlumatına görə, bununla bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov əmr imzalayıb. Əmrə əsasən, Məhərrəmov Samir Xəqani oğlu şöbə müdiri vəzifəsinə təyinat alıb.

Samir Məhərrəmov bu təyinata qədər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının Təcili yardım şöbəsinin həkimi olub.

Xəbər xətti