Lənkəranda avtomobil yeniyetməni vuraraq öldürdü - YENİLƏNİB

18:20 - 30 May 2023 - HADİSƏ

Lənkəranda minik avtomobilinin vurduğu 14 yaşlı yeniyetmə dünyasını dəyişib.

APA-nın xəbərinə görə, 14 yaşlı Rəvayət Fərəcova xəstəxanada vəfat edib.

17:13

Lənkəranda minik avtomobili piyadanı vurub.

APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində qeydə alınıb. Lerik rayonunun Rvarud kənd sakini, 1974-cü il təvəllüdlü Ehram Firudin oğlu Muradov "Niva" markalı, 99-MK-990 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən, 2009-cu il təvəllüdlü Səpnəkəran kənd sakini Rəvayət Füzuli qızı Fərəcovanı vurub.

Xəsarət alan yeniyetmə ağır vəziyyətdə Lənkəran Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

R.Fərəcovanın vəziyyəti ağır olduğundan Masallı rayonundakı özəl klinikalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti