Kişinyovda “böyük görüş” hazırlanır

16:17 - 30 May 2023 - SİYASƏT

Avropa İttifaqı mayın 31-də Kişinyovda “böyük görüş” hazırlayır.

Ucnoqta.az xəbər verir ki, bu barərə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi məlumat verib. Məlumata görə, Aİ mayın 31-də Kişinyovda Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Aİ Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Emanuel Makronun iştirakı ilə “böyük görüşü” hazırlayır. 
"Təsdiq edə bilərəm ki, Ermənistan və Azərbaycan liderləri ilə görüş olacaq. Sabah prezident Makron və kansler Şolzla birgə böyük görüş olacaq. Bu, bizim üçün böyük bir işdir və biz bunu səylə hazırlayırıq", - o deyib.

Xəbər xətti