NATO sammitində Ukraynanın alyansa üzvlüyü barədə danışılmayacaq - Almaniya prezidenti

16:14 - 30 May 2023 - DÜNYA

Almaniya prezidenti Ştaynmayer Vilnüs sammitində Ukraynanın NATO-ya qəbul olunmayacağını bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Almaniya prezidenti Frank Valter Ştaynmayer deyib ki, NATO-nun Vilnüsdə keçiriləcək sammiti Ukraynanın Alyansa üzv olmaması məsələsinə həsr olunacaq. Onun sözlərinə görə, söhbət yalnız uzunmüddətli perspektivdə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsindən ibarət olacaq.

Almaniya prezidenti vurğulayıb ki, Ukraynaya dəstək uzunmüddətli olmalıdır. “Prezident Zelenski bu yaxınlarda Berlində idi və biz müzakirə etdik ki, NATO-nun qarşıdan gələn sammitində biz Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyündən deyil, uzunmüddətli perspektivdə Ukraynanı necə gücləndirəcəyimizdən danışacağıq”, - Ştaynmayer bildirib.

NATO-nun sammiti bu il iyulun 11-12-də Vilnüsdə keçiriləcək.

Xəbər xətti