Türkiyədə parlament seçkilərinin yekun nəticələri açıqlanıb

15:57 - 30 May 2023 - DÜNYA

Ədalət və İnkiişaf Partiyası (AK Parti) qanunverici orqanda 268 deputatla təmsil olunacaq.

Ucnoqta.az xəbər verir ki, Türkiyə YSK sədri Ahmet Yener parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

Ahmet Yener seçkilərdə Milliyətçi Hərəkat Partiyasının 50, Yenidən Rifah Partiyasının 5, Yaşıl Sol Partiyasının 61, Türkiyə İşçi Partiyasının 4, Cümhuriyyət Xalq Partiyasının (CHP) 169, İYİ Partiyasının 43 deputat yeri qazandığını elan edib.

Xəbər xətti