"Cəsarətli qərarlar lazımdır" - Aİ Şurasının prezidenti

15:45 - 30 May 2023 - SİYASƏT

"30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxt lazımdır"

Ucnoqta.az xəbər verir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bu gün Bakı ilə keçmiş DQMV-də yaşayan ermənilər arasında dialoqun həlledici əhəmiyyətindən danışıb.
“Bakı ilə keçmiş DQMV-də yaşayan ermənilər arasında sonuncunun hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq indi həlledici əhəmiyyət kəsb edir. Maksimalist mövqelərdən çəkinmək, dialoqa can atmaq vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxt lazımdır. Cəsarətli qərarlar lazımdır”, - Mişel tvitter hesabında yazıb.

Xəbər xətti