"Böyrəyimi satıram" - Kənan MM nazirə müraciət etdi

15:30 - 30 May 2023 - Mədəniyyət

"Hörmətli, mədəniyyət naziri, böyrəyimi satıram"

Ucnoqta.az xəbər verir ki, bunu kinorejissor, aktyor Kənan MM sosial şəbəkə hesabında Mədəniyyət Nazirliyinə müraciətində yazıb.

"Hörmətli, mədəniyyət naziri, böyrəyimi satıram. Film çəkəcəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə orda birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır”,- deyə o, qeyd edib.

Aktyorun bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb.


Xəbər xətti