Ukrayna Silahlı Qüvvələri bir ay ərzində 400-dən çox tank itirib - Şoyqu

14:31 - 30 May 2023 - DÜNYA

Ukrayna Silahlı Qüvvələri bir ay ərzində 16 mindən çox hərbi qulluqçu və 400-dən çox tank itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. Nazir onu da əlavə edib ki, eyni vaxtda HIMARS reaktiv yaylım atəş sisteminin 196 raketi tutularaq məhv edilib.
Şoyqu əlavə edib ki, bir ay ərzində Ukrayna tərəfinin itkiləri 16 təyyarə, 5 helikopter, 466 pilotsuz uçuş aparatı, 238 səhra artilleriya qurğusu və minaatan, 400-dən çox tank və digər zirehli döyüş texnikası olub.

Xəbər xətti