Türkiyədə seçkilərdə terror törətmək istəyən 2 İŞİD üzvü həbs edilib

14:14 - 30 May 2023 - DÜNYA

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Konya Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qrupları İŞİD üzvünün mayın 28-də keçirilən ikinci prezident seçkilərində terror planlaması barədə məlumat əldə edib.

Ucnoqta.az xəbər verir ki, əməliyyatı ötən həftənin cümə axşamı günü həyata keçirib. Xüsusi əməliyyat polisinin də dəstək verdiyi əməliyyatda Karatay, Meram və Selçuklu rayonlarında 6 fərqli ünvana basqın edilib. Əməliyyat zamanı 3 nəfər şübhəli saxlanılıb.

Ədliyyəyə gətirilən şübhəlilərdən biri A.H. ilə H.E. həbs edilmiş, Y.B. 4 şübhəli xaricə çıxış qadağanı ilə sərbəst buraxılıb.

Xəbər xətti