Aİ missiyası Kosovo və Metohiyada vəziyyətin deeskalasiyasına çağırıb

12:52 - 30 May 2023 - DÜNYA

Avropa İttifaqının Kosovo və Metohiyadakı missiyası əyalətdə vəziyyətin gərginləşməsindən narahatlığını bildirib və münaqişənin tez bir zamanda deeskalasiyasına çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə missiyanın mətbuat xidməti Tanjuq agentliyinə məlumat verib.

Bildirilir ki, Aİ missiyası öz mandatı çərçivəsində kəşfiyyat patrullarını gücləndirməklə və “Kosovoda sabitliyi qorumaq əzmi ilə”, eləcə də Kosovo və Metohiyadakı bütün icmaların təhlükəsizliyi üçün fəaliyyətini davam etdirəcək. 

Xəbər xətti