Gürcüstan prezidenti Brüsselə səfər edib

12:07 - 30 May 2023 - DÜNYA

Gürcüstan prezidenti Salome Zurabişvili Brüsselə uçub, burada siyasətçinin yüksək səviyyəli Avropa rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Ucnoqta.az “Novosti-Georgia”ya istinadən xəbər verir ki, , Gürcüstan liderinin Avropa İttifaqına səfəri respublikanın hakim partiyası “Gürcü arzusu – Demokratik Gürcüstan” ilə münaqişəli münasibətlər fonunda başlayıb.

Qeyd edildiyi kimi, Zurabişvili Aİ-yə səfəri çərçivəsində Avropa rəsmiləri ilə dialoqdan əlavə, Avropa Parlamentində çıxış etməli və müxtəlif KİV-lərə müsahibələr verməlidir. Portal göstərir ki, Gürcüstan prezidenti səfəri ərəfəsində hakim partiyanı, o cümlədən guya anti-Qərb kursuna görə açıq şəkildə tənqid edib.

Eyni zamanda, “Gürcü Arzusu” da Zurabişvilidən narazılığını ifadə edərək, Gürcüstan prezidentinin “səhv yol tutduğunu” əsaslandırıb. 

Xəbər xətti