İndoneziya turistlər üçün “qızıl viza” elan edib

11:40 - 30 May 2023 - DÜNYA

İndoneziyanın turizm və kreativ iqtisadiyyat naziri Sandiaga Uno bəyan edib ki, “qızıl viza”ların verilməsi tezliklə ölkəyə etibarlı turistləri cəlb etməyə başlayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Detik” portalı məlumat yayıb.

Sandiaga Uno bildirib ki, bu, 5 ildən 10 ilə qədər qalma müddəti olan vizadır, onu əldə etmək üçün İndoneziyaya səfər edən xarici vətəndaşlar kifayət qədər əmanətə sahib olmaq kimi bir sıra meyarlara cavab verməlidirlər.

O, həmçinin xarici investorların yeni vizadan yararlanacağına ümid edir.

Xəbər xətti